More

    İki Azərbaycanlı Boksçu Sofiyada Beynəlxalq Turnirin Finalına Çıxdı

    Azərbaycan boksçuları Zəlimxan Süleymanov (57 kq) və Zaur Qəhrəmanov (67 kq) Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Strandja beynəlxalq turnirində finala yüksəliblər. Sport-Az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

    Məlumata görə, finala gedən yolda Z. Süleymanov Gürcüstan boksçusu Georgi Kapanadzeni 4:1 hesabı ilə məğlub edib. O, qızıl medal uğrunda Özbəkistan təmsilçisi Xucanazar Nortodjiyev ilə qarşılaşacaq.

    Z. Qəhrəmanov isə Gürcüstanlı Demur Kacayanı 5:0 hesabı ilə məğlub edərək finala yüksəlib. O, həlledici döyüşdə Qazaxıstan boksçusu Torexan Sabirxan ilə üz-üzə gələcək.

    Digər iki idmançımız, Nicat Hüseynov (51 kq) və Nəbi İskəndərov (67 kq) isə turniri bürünc medalla başa vurdular. N. Hüseynov ikinci raundda Qazaxıstanlı Daniyal Sabit ilə döyüşdə aldığı zədə səbəbindən mübarizəni davam etdirə bilmədi. N. İskəndərov isə T. Sabirxana 3:2 hesabı ilə məğlub oldu.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni