İrina Zaretska dünya reytinqinin lideri olaraq qalır

Karate üzrə üçqat dünya çempionu İrina Zaretska (68 kq çəki dərəcəsində) dünya reytinqində birinci pillədə qərarlaşmağa davam edir.

Sport-az.com xəbər verir ki, analıq məzuniyyətindən sonra tatamiyə qayıdan Azərbaycan təmsilçisinin aktivində 6750 xal var. O, bu nəticəni Mərakeşdə keçirilən Premyer Liqanın son mərhələsində 5-ci yer tutaraq qazandığı 450 xalla daha da möhkəmləndirib.

İlk üçlük belə formalaşıb:

  1. İrina Zaretska (Azərbaycan) – 6750 xal
  2. Yelena Quirici (İsveçrə) – 5850 xal
  3. Talia Sombe (Fransa) – 4375 xal

Qeyd edək ki, Zaretska isveçrəli Yelena Quiricini dünya çempionatının finalında məğlub etmişdi.

Növbəti hədəf: Dünya Oyunları – Çenqdu 2025

İrina Zaretska hal-hazırda 2025-ci il avqustun 7-dən 17-dək Çinin Çenqdu şəhərində keçiriləcək Dünya Oyunlarına hazırlıq mərhələsindədir. Yarış onun üçün həm reytinqi qorumaq, həm də növbəti titul uğrunda mübarizə baxımından mühüm əhəmiyyət daşıyır.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni