İtaliya A Seriyasının XXIV turu çərçivəsində keçirilən matçda Milanın “İnter” klubu “Fiorentina”nı məğlub edib. Sport-Az-ın məlumatına görə, oyun “San-Siro” stadionunda baş tutub və 2:1 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Matçın ilk qolu 28-ci dəqiqədə qeydə alınıb, “Fiorentina”nın müdafiəçisi Marin Ponqraçiç avtoqol müəllifi olub. 44-cü dəqiqədə Rolan Mandraqora “Fiorentina”nın hesabı bərabərləşdirib. 52-ci dəqiqədə “İnter”in hücumçusu Marko Arnautoviç fərqlənərək komandasına qalibiyyəti qazandırıb.
Bu nəticədən sonra “İnter” 54 xal toplayaraq turnir cədvəlində ikinci pillədə qərarlaşdı, “Fiorentina” isə 42 xalla altıncı yerdə qaldı.



