Papa Fransiskin vəfatı İtaliya futbolunda da öz təsirini göstərdi. 21 aprel 2025-ci ildə Vatikanın dini lideri Papa Fransiskin dünyasını dəyişməsi ilə əlaqədar olaraq, İtaliya Futbol Federasiyası A Seriyasının həmin günə nəzərdə tutulan bütün qarşılaşmalarını təxirə salıb.
Bu qərar federasiya ilə A Seriyasının rəhbərliyi arasında aparılan birgə məsləhətləşmələrdən sonra qəbul olunub. Həmrəylik və hörmət əlaməti olaraq, idman dünyası da matəmi paylaşmaq qərarına gəlib.
Təxirə salınan oyunlar bunlardır:
- Udineze – Torino
- Kalyari – Fiorentina
- Cenova – Latsio
- Parma – Yuventus
Hazırda bu qarşılaşmaların yeni tarixləri müəyyən edilməyib. Lakin yaxın günlərdə yenilənmiş oyun təqviminin ictimaiyyətə təqdim olunacağı gözlənilir.



