Azərbaycan stolüstü tennis komandası İslamiadada bürünc medal əldə edib

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan qadınlardan ibarət stolüstü tennis yığması komanda yarışlarında üçüncü yeri tutub.

Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərova iştirak etdikləri komanda mərhələ oyunlarında Uqanda və Pakistan yığmalarını, 1/4 finalda isə Maldiv komandasını üstələyib. Bu gün keçirilən yarımfinal görüşündə isə Azərbaycan yığması Misir seçməsi ilə qarşılaşıb və 8-5 hesabı ilə məğlub olub.

Beləliklə, qadın stolüstü tennis komandamız yarışları bürünc medalla başa vurub.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni