Kamilya Osorio üçüncü dəfə Bogotada çempion oldu – vətəndə uğurlu seriya davam edir

23 yaşlı kolumbiyalı tennisçi Kamilya Osorio (WTA reytinqi: 54) Bogotada keçirilən WTA 250 turnirinin qalibi olub. O, finalda Polşanı təmsil edən Katarjina Kavaya (WTA 223) qarşı 6:3, 6:3 hesabı ilə üstünlük qazanıb və karyerasında üçüncü WTA titulunu əldə edib.

Yalnız vətəndə qazanır

Maraqlıdır ki, Osorio bu günə qədər qazandığı bütün WTA titullarını məhz Kolumbiyada – Bogotada qazanıb. Bu, onun üçün uğurlu şəhərdir. O, burada 2021, 2024 və 2025-ci illərdə qalib gəlib.

Finaldan əvvəl

Turnirin əsas sürprizi 16 yaşlı amerikalı tennisçi Julieta Parexa oldu. O, sıralamada 550-ci olmasına baxmayaraq, yarımfinala qədər yüksəldi və yalnız Kava qarşısında dayandı.

Kamilya Osorio-nun Bogotadakı titula gedən yolu:

  1. 1/16 final: Kamilya Osorio [2] – Mariana Barraza [WC] – 6:0, 6:1
  2. 1/8 final: Kamilya Osorio [2] – Emina Bektash – 1:6, 7:6 (7:5), 6:2
  3. 1/4 final: Kamilya Osorio [2] – Tatiana Maria [6] – 6:1, 6:3
  4. 1/2 final: Kamilya Osorio [2] – Yuliya Riera – 6:4, 7:5
  5. Final: Kamilya Osorio [2] – Katarjina Kava – 6:3, 6:3

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni