Azərbaycan Premyer Liqasına yüksələn “Karvan” klubu yeni mövsüm öncəsi heyətində dəyişikliklər etməyə davam edir. Sport-az.com xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti rəsmi açıqlama yayıb. Məlumata görə, beş futbolçunun müqaviləsi yenilənməyib və onlar komandadan ayrılıblar.
“Karvan”ı tərk edən futbolçular:
- Peyman Keşavarzi
- İlham Hüseynov
- Məmməd Muradov
- Aref Muhammedalipur
- Beqzod Xulikulov
Bu qərar klubun Premyer Liqada daha güclü heyətlə çıxış etməsi istiqamətində atdığı addımlardan biri kimi qiymətləndirilir.



