“Karvan” Premyer Liqaya başlamazdan əvvəl beş futbolçusu ilə yollarını ayırdı

Azərbaycan Premyer Liqasına yüksələn “Karvan” klubu yeni mövsüm öncəsi heyətində dəyişikliklər etməyə davam edir. Sport-az.com xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti rəsmi açıqlama yayıb. Məlumata görə, beş futbolçunun müqaviləsi yenilənməyib və onlar komandadan ayrılıblar.

“Karvan”ı tərk edən futbolçular:

  • Peyman Keşavarzi
  • İlham Hüseynov
  • Məmməd Muradov
  • Aref Muhammedalipur
  • Beqzod Xulikulov

Bu qərar klubun Premyer Liqada daha güclü heyətlə çıxış etməsi istiqamətində atdığı addımlardan biri kimi qiymətləndirilir.

"Karvan" Premyer Liqaya başlamazdan əvvəl beş futbolçusu ilə yollarını ayırdı

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni