Məşhur irlandiyalı döyüşçü, keçmiş UFC çempionu Konor Makqreqor UFC rəhbərliyinin onun YouTube bloqeri Loqan Pol ilə boks döyüşünü təşkil etməsinə qarşı olduğunu bildirib. Bu səbəbdən, o, çılpaq əl döyüşləri liqası BKFC-yə keçərək karyerasını orada davam etdirə biləcəyini açıqlayıb.
Konor Makqreqorun bəyanatı
“UFC, mənim və Loqan Polun boks döyüşünü təşkil etmək fikrindən çox narazı idi. Müqavilə artıq onların stolunun üzərində idi. Mən və Loqan TKO şirkəti çərçivəsində fəaliyyət göstəririk və onların səhmləri yüksəlişdədir. Hindistan bazarında genişlənmə böyük bir fürsət yaratdı.
Biznes baxımından mənim və Loqanın döyüşü çox mənalı bir addım idi. Bu, ağıllı bir strategiyadır. Mən hələ qayıtmazdan əvvəl belə bir döyüş keçirmək mənalıdır. Ancaq UFC bu matça heç bir maraq göstərmir.
Bir gün gələcək və siz mənim BKFC-də səhnəyə çıxışımı, musiqimin səsləndiyini eşidəcəksiniz. Həmin gün reklamlar və ya digər şeylər olmayacaq. Sadəcə olaraq, kartda təsadüfi bir döyüş keçirəcəyəm”, – deyə Makqreqor portal Middle Easy-yə açıqlamasında bildirib.



