More

    Lamiyə Vəliyeva “IQ Sports Agency” ilə əməkdaşlığa başladı

    İkiqat paralimpiya çempionu, paratlet Lamiyə Vəliyeva “IQ Sports Media və Marketinq Agentliyi” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

    Sport-az.com xəbər verir ki, bu əməkdaşlıq çərçivəsində agentlik idmançıya media, marketinq, reklam təmsilçiliyi və şəxsi brendləşdirmə xidmətləri göstərəcək. Tərəflər arasında bağlanan müqavilə bir il müddətinə nəzərdə tutulub.

    Lamiyə Vəliyeva Tokio-2020 və Paris-2024 Yay Paralimpiya Oyunlarının qalibi olmaqla yanaşı, 4 dəfə dünya çempionu adını qazanıb və Azərbaycanın ən uğurlu qadın idmançılarından biri sayılır.

    “IQ Sports Agency” Azərbaycan idman sektoruna media və marketinq sahələrində xidmət göstərir və bu sahədə fəaliyyətini genişləndirməyi hədəfləyir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni