Lətif Əliyev Avropa birinciliyində qızıl və gümüş medal qazandı

İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U-15 və yeniyetmələr arasında Avropa birinciliyi uğurla davam edir. Sport-az.comun məlumatına görə, bu gün ölkəmizi təmsil edən Lətif Əliyev U-15 kateqoriyasında çıxış edib.

71 kq çəki dərəcəsində yarışan atletimiz birdən qaldırma hərəkətində 108 kq nəticə göstərərək qızıl medala sahib çıxıb. Təkanla qaldırma mərhələsində isə Lətif 129 kq çəkini qaldırmağa nail olub.

İki hərəkətin yekun cəmində 237 kq nəticə göstərən Lətif Əliyev Avropa birinciliyində gümüş medal qazanaraq ölkəmizin uğur siyahısına adını yazdırıb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni