“Liverpul” çoxluqda “Nyukasl” üzərində qələbə qazandı – 3:2

APL-in 2-ci turunun son oyununda Liverpul səfərdə Nyukaslı 3:2 hesabı ilə məğlub edib. Oyun gərgin mübarizə ilə başladı – komandalar çox sərt futbol sərgiləyirdilər. İlk real fürsəti Florian Virts uzaq zərbə ilə yaratdı, lakin qapıçı Nik Poup təhlükəni dəf etdi. Liverpulun sağ cinahında isə zədə səbəbindən müdafiədə oynayan Dominik Soboslay bəzən boşluqlar buraxırdı.

35-ci dəqiqədə Rayan Qravenberx uzaq məsafədən dəqiq zərbə ilə hesabı açdı – 0:1. Bir neçə dəqiqə sonra meydan sahibləri azlıqda qaldı – Entoni Qordonun kobud müdaxiləsi VAR-dan sonra qırmızı vərəqə ilə qiymətləndirildi. İkinci hissənin əvvəlində üstünlükdən istifadə edən Liverpul hesabı artırdı – Uqo Ekitiqe Kody Qakponun ötürməsindən sonra fərqləndi – 0:2.

57-ci dəqiqədə Nyukasl oyuna qayıtdı – Bruno Qimaraeş başla vurduğu zərbə ilə fərqi azaltdı – 1:2. 88-ci dəqiqədə isə oyuna sonradan qoşulan gənc hücumçu Uilyam Osula standart vəziyyətdən sonra hesabı bərabərləşdirdi – 2:2.

Lakin matçın son sözü Liverpula məxsus oldu: artıq 90+10-cu dəqiqədə 16 yaşlı Rio Ngumoha qələbə qolunu vuraraq qonaqlara dramatik üç xal qazandırdı – 2:3. Bu emosional qələbədən sonra Liverpulu 3-cü turda çətin rəqib – Arsenal gözləyir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni