More

    Loqan Pol: “UFC 300-də döyüşmək istədim, amma Dana Uayt cavab vermədi”

    Tanınmış amerikalı bloqer və WWE (World Wrestling Entertainment) ulduzu Loqan Pol UFC 300 turnirində döyüşmək istədiyini açıqlayıb. O, bu barədə BJ Penn portalına müsahibəsində danışıb və UFC prezidenti Dana Uayta rəsmi müraciət etdiyini bildirib.

    Əgər MMA-ya keçsəydim, orta çəki kateqoriyasında çıxış edərdim. Bu çəkiyə vaxtilə Aleks Pereyra da daxil idi, hazırda isə Driqus dü Plessi döyüşür. Onlardan biri ilə döyüşmək maraqlı olardı. Hətta bir zamanlar İsrail Adesanya ilə görüş ehtimalını da düşünmüşdüm,” – deyə Pol bildirib.
    Dana Uayta UFC 300-də döyüşmək ideyasını təklif etmişdim. Ona şəxsən yazdım, amma cavab almadım.

    Xatırladaq ki, Loqan Pol 2023-cü ilin oktyabrında keçmiş Bellator döyüşçüsü Dilon Denisə qarşı boks qaydaları üzrə döyüş keçirib. Həmin qarşılaşma qalmaqallı şəkildə başa çatıb – Denis 6-cı raundda digər döyüş növlərinə aid fəndlərdən istifadə etdiyi üçün diskvalifikasiya edilib və Loqan qalib elan olunub.

    Polun MMA-ya keçidi ilə bağlı şayiələr uzun müddətdir gündəmdədir, lakin hələlik rəsmi bir plan açıqlanmayıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni