More

    Lüis Hemilton aşiq olub? Ferrari pilotu yeni sevgilisi ilə görüntüləndi

    Yeddiqat dünya çempionu Lüis Hemiltonun şəxsi həyatında yeni mərhələ başlayıb — 40 yaşlı Ferrari pilotu məşhur britaniyalı müğənni Raye (əsl adı Reyçel Kin) ilə münasibətdədir.

    Daily Mail xəbər verir ki, Hemilton iyulun əvvəlində Silverstoun trasında keçirilən konsertində Raye-nin çıxışını diqqətlə izləyib. Konsertdən sonra müğənni Ferrari pit-leynindən pilotun ünvanına baş barmağını yuxarı qaldıraraq dəstək jesti göstərib.

    İngiltərədə Raye-ni artıq “yeni Emi Uaynhaus” adlandırırlar.

    Cütlük daha əvvəl də bir neçə dəfə birlikdə görüntülənmişdi, lakin yanlarında başqaları da olduğu üçün münasibətləri dostluq kimi dəyərləndirilirdi. İndi isə onların arasında romantik əlaqə olduğu rəsmən təsdiqlənmiş kimi görünür.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni