More

    Mayk Tayson və Floyd Meyvezer 2026-cı ilin yazında döyüşəcək

    Mütləq ağır çəki üzrə sabiq dünya çempionu Mayk Tayson beş fərqli çəkidə dünya çempionu olmuş Floyd Meyvezerlə 2026-cı ilin yazında rinqə çıxacaq. Bu barədə idmançılar sosial şəbəkə hesablarında və CSI Sports-un yaydığı rəsmi məlumatda bildirilib.

    59 yaşlı Tayson peşəkar karyerasında 58 döyüş keçirib, onlardan 50-nə qələbə qazanıb; 44 döyüşü isə nokautla başa çatdırıb. O, 2011-ci ildə boks Şöhrət Zalına daxil edilib. Son zamanlarda Tayson professional döyüşə uğursuz qayıtmış və 2024-cü ildə məşhur YouTuber Jake Paul-la döyüşdə məğlub olmuşdu.

    48 yaşlı Floyd Meyvezer isə 2017-ci ildə peşəkar karyerasını başa vurub. O, 50 döyüşdə qalib gəlib, 27-si nokautla. Meyvezer beş fərqli çəkidə dünya çempionu titulu qazanıb və peşəkar döyüş karyerası ərzində məğlub olmamışdır.

    Hər iki idmançı bu döyüşü nümayiş (ekshibişi) döyüşü kimi keçirəcək. Müqavilədə döyüşün dəqiq tarixi və keçirilmə yeri hələ açıqlanmayıb, lakin yaz fəslində planlaşdırılır. Tayson döyüşlə bağlı bildirib ki, bu qarşılaşma həm onun, həm də Meyvezer üçün gözlənilməz və maraqlı olacaq.

    Bu döyüş boks tarixinin ən diqqət çəkən və maraqla gözlənilən hadisələrindən biri kimi qəbul edilir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni