“Real Madrid”in hücumçusu Kilian Mbappe öz mövqeyindən narazıdır.
Sport-az.com xəbər verir ki, fransalı futbolçu hücumun mərkəzində oynamaqdan məmnun deyil. Mbappe hesab edir ki, hücumun cinahında istifadə olunsa, komandaya daha çox fayda verə bilər. Bu səbəbdən, kifayət qədər qol vura bilməməsinin məsuliyyətini oyun mövqeyinə bağlayır və baş məşqçi Karlo Ançelottidən narazılıq edir.
Digər tərəfdən, futbolçunun meydandakı qeyri-aktivliyi Ançelottinin və klubun üzərində təzyiqi artırır.
Xatırladaq ki, Mbappe bu yay “Real Madrid”ə keçib və cari mövsümdə 15 oyunda 8 qol vurub, 2 asist edib.