Messi dubl edib, karyerasındakı 46-cı kuboka sahib çıxdı

“İnter Mayami” komandası səfərdə “Kolumbus”u 3:2 hesabı ilə məğlub edərək MLS-in müntəzəm mövsümünün qalibi olub.

Sport-az.com-ın məlumatına görə, Devid Bekhemin komandasının əsas ulduzu Lionel Messi bu oyunda dubl edərək qələbədə həlledici rol oynayıb.

Matçın bitməsindən sonra komandaya kubok təqdim edilib. Klubun həmsahibi Xorxe Mas paltardəyişmə otağında bütün komandanın qarşısında kuboku təntənəli şəkildə Messiyə təqdim edib. Bu qələbə Messinin karyerasında qazandığı 46-cı kubok olub.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni