Messi “İnter Mayami” ilə müqaviləsini uzadacaq – KİV

Argentina ulduzu Lionel Messi ABŞ-ın “İnter Mayami” klubu ilə yeni müqavilə barədə razılığa gəlib. Bu barədə tanınmış jurnalist Nikolo Skira sosial şəbəkələrdə məlumat paylaşıb.

Məlumata görə, 38 yaşlı hücumçu 2028-ci ilin sonuna qədər klubda qalacaq. Messi bu qərarı 2026 Dünya Çempionatı və 2028 Amerika Kubokunda iştirak etmək istəyinə görə verib.

Hazırkı müqavilə bu ilin sonuna qədər qüvvədədir. Messi 2023-cü ildən “PSJ”dən ayrıldıqdan sonra ABŞ klubunda çıxış edir. Onun karyerasının ən parlaq dövrü “Barselona” ilə bağlıdır. Futbolçu 8 dəfə “Qızıl top” qazanaraq tarixə düşüb və dünyanın ən yaxşı oyunçularından biri sayılır.

Cari MLS mövsümündə Messi artıq 24 qol vurub və 11 assist edib. O, hazırda bombardirlər yarışına başçılıq edir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni