Lionel Messinin karyerasını İngiltərədə davam etdirmə ehtimalı gündəmə gəlib.
Sport-az xəbər verir ki, İngiltərənin “Mançester Siti” klubu argentinalı ulduz futbolçu ilə maraqlanır. “Tuttosport” nəşrinin məlumatına görə, “Şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola Messini heyətində görmək istəyir.
Klubun məqsədi, Messini qısa müddətli, yəni 6 aylıq icarə əsasında komandaya cəlb etməkdir. Belə bir keçidin baş tutması futbol dünyasında geniş müzakirələrə səbəb ola bilər.



