More

    Messi-nin 2004/05 mövsümünə aid debüt kartı rekorda satıldı

    Futbol əfsanəsi Lionel Messi-nin Panini kolleksiyasındakı 2004/05 mövsümünə aid debüt kartı hərracda 1,5 milyon dollara satılaraq tarixi rekorda imza atıb.

    Bundan əvvəl ən yüksək məbləğ 2022-ci ildə braziliyalı əfsanə Pelé-nin 1958-ci il istehsalı Alifabolaget kartı üçün ödənilmişdi. O zaman qiymət 1,33 milyon dollar təşkil etmişdi.

    Satılan Messi kartı ən yüksək “10” keyfiyyət balı qazanıb. Maraqlıdır ki, cəmi bir neçə gün əvvəl eyni kartın başqa bir nümunəsi də 1,1 milyon dollara alıcı tapmışdı.

    1,5 milyon dollara satılan nümunə isə əlavə olaraq Mike Baker Authenticated şirkətindən “brilyant” sertifikatı alıb. Bu sənəd kartın elit və nadir vəziyyətdə olduğunu təsdiqləyir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni