Inter Mayami Orlando Siti üzərində 3:1 hesablı qələbə qazanaraq Liqa Kubokunun finalına yüksəldi.
Liqa Kuboku
Inter Mayami – Orlando Siti – 3:1
Qollar: Messi, 77 (pen.), 88, Seqoviya, 90+1 – Paşaliç, 45+1
Avqustun 28-nə keçən gecə Liqa Kubokunun yarımfinal oyunları baş tutdu və finalçılar müəyyənləşdi. Onlardan biri də Lionel Messinin çıxış etdiyi Inter Mayami oldu.
İlk qol görüşün 45+1-ci dəqiqəsində Paşaliçdən gəldi. Ona ötürməni “Atalanta”nın sabiq futbolçusu, Luys Muriel verdi. Bu qolla Orlando Siti hesabda önə keçdi və daha bir sürprizə yaxın idi. Xatırladaq ki, bir müddət əvvəl MLS matçında Orlando Inter Mayamini 4:1 hesabı ilə məğlub etmişdi.
Lakin oyunun sonlarında səhnəyə Messi çıxdı. 38 yaşlı argentinalı əvvəlcə penalti ilə hesabı bərabərləşdirdi, daha sonra isə başqa bir “Barselona” əfsanəsi Jordi Albanın ötürməsindən sonra komandasını önə keçirdi. Son nöqtəni isə Luis Suaresin asistini dəyərləndirən Seqoviya qoydu – 3:1.
Beləliklə, Inter Mayami Liqa Kubokunun finalında Sietlla qarşılaşacaq. Digər yarımfinalda Sietl Los-Anceles Qalaksini məğlub etmişdi.



