İspan La Liga-nin çoxsaylı klubları, Madridli “Real”ın hakimliklə bağlı sərt tənqidlərinə görə cəza tədbirlərinin görülməsini tələb ediblər. Sport-Az-ın məlumatına görə, bu xəbər Relevo tərəfindən verilib.
Bu klublar, İspan Krallıq Futbol Federasiyası (RFEF) iclasında, La Liga rəhbəri Xavier Tebasın iştirakı zamanı məsələni qaldırıblar. Mənbənin bildirdiyinə görə, adları açıqlanmayan bəzi Primera klubları, “Real”ın hakimliyə yönəltdiyi tənqidləri “təzyiq” kimi qiymətləndirir. Eyni iclasda “Real”ın öz nümayəndələrinin iştirak etməməsi də qeyd olunub.
Qeyd edək ki, daha əvvəl “krallıq klubu” Real, İspaniya çempionatında “Espanyol” qarşısında oynadığı matçda (0:1) hakimliyə dair rəsmi şikayət təqdim edərək, ölkədə hakim sisteminin tam yenilənməsinin vacibliyini vurğulamışdı.



