More

    “Milan”ın oyunu təxirə salındı – SƏBƏB

    A Seriyasının 9-cu turunda keçirilməsi planlaşdırılan “Bolonya” – “Milan” qarşılaşması təxirə salınıb.

    Sport-az.com xəbər verir ki, məlumatı ev sahibi klubun mətbuat xidməti yayıb. Oyunun təxirə salınmasının səbəbi Bolonya şəhərində baş verən güclü daşqınlardır.

    Görüş oktyabrın 26-da, şənbə günü Bolonyada keçirilməli idi, lakin hava şəraiti və daşqınların yaratdığı nəticələrin aradan qaldırılması zərurəti səbəbindən oyunun başqa vaxta keçirilməsi qərara alınıb. İtaliya mətbuatının verdiyi məlumata görə, matçın yeni tarixi dekabrın 18-i olaraq göstərilib.

    Qeyd edək ki, hazırda “Bolonya” turnir cədvəlində 12-ci pillədə, “Milan” isə səkkiz turdan sonra 14 xalla dördüncü yerdə qərarlaşıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni