Almaniyalı əfsanəvi Formula 1 pilotu Mixael Şumaxerin vəziyyəti ağır olaraq qalır. Bu barədə ailəyə yaxınlığı ilə tanınan RTL telekanalının jurnalisti Feliks Hörner məlumat verib. Onun sözlərinə görə, Şumaxer daimi qayğıya ehtiyac duyur və tam şəkildə baxıcılarından asılı vəziyyətdədir.
“Vəziyyət həqiqətən çox kədərlidir. O, artıq düşüncələrini sözlə ifadə edə bilmir və hər zaman nəzarətə ehtiyacı var“, – deyə jurnalist bildirib.
Feliks Hörner qeyd edib ki, hazırda Şumaxerə birbaşa çıxışı olan şəxslərin sayı 20-dən çox deyil.
“Məncə, bu ailənin doğru yanaşmasıdır. Onlar Mixaelin mənafeyini hər şeydən üstün tuturlar. Ailə hər zaman onun şəxsi həyatına ciddi hörmətlə yanaşıb və bu prinsip dəyişməyib.“
Xatırladaq ki, Mixael Şumaxer 2013-cü ildə peşəkar karyerasını başa vurduqdan sonra Fransız Alp dağlarında xizək sürərkən ağır kəllə-beyin travması almış və o vaxtdan bəri ev şəraitində müalicə alır.