1xBet Azərbaycan bettinq şirkəti ölkəmizi şöhrətləndirən idman qəhrəmanları haqqında danışır.
Hidayət Heydərov
Keçən il Heydərov Paris Olimpiadasının çempionu oldu – final görüşündə əlavə vaxtda fransız cüdoçusu Joan-Benjamin Gabanı məğlub etdi. Hazırda Hidayətin 73 kq çəki dərəcəsində tayı-bərabəri yoxdur. Elə özünüz baxın: 2024-cü ildə həm dünya, həm də Avropa çempionatının qızıl medalını qazandı. Bunlara əlavə olaraq Avropa birinciliyində bir gümüş və 3 çempion titulu, eləcə də dünya çempionatlarında 3 bürünc medal sahibidir. Onun ilk ciddi uğuru isə hələ 19 yaşı olanda, 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında qazanılan qızıl medal olmuşdu.
Atası Hidayəti 6 yaşında cüdo bölməsinə yazdırıb və o vaxtdan bəri onun məşqçisi dəyişməyib – hələ də onu Tarlan Həsənov çalışdırır. Keçən ilin avqustunda Prezident İlham Əliyev Hidayət Heydərovu Paris Olimpiadasındakı yüksək nailiyyətlərinə və milli idmanın inkişafına böyük töhfəsinə görə «Şöhrət» ordeni ilə təltif edib. 2025-ci ildə isə Beynəlxalq Cüdo Federasiyası ona «İlin cüdoçusu» adını verib.
Zelim Kotsoyev
Cüdo üzrə daha bir olimpiya çempionu – Zelim Kotsoyev 1998-ci ildə Beslanda (Şimali Osetiya) anadan olub. Yeniyetmə yaşlarında Ukrayna yığmasının heyətində çıxış edib və ilk uğurlarını da həmin ölkənin tərkibində qazanıb. Tezliklə etnik osetin olan Zelim Azərbaycan vətəndaşlığını qəbul edib və Paris Olimpiadasında 100 kq çəki dərəcəsində qızıl medal qazanıb. Bununla da Kotsoyev ən böyük titulların tam dəstini toplayıb: 2023-cü ildə Monpelyedə keçirilən Avropa çempionatının qızılı, 2024-cü ildə Əbu-Dabidə dünya çempionatının ali mükafatı və nəhayət, Olimpiya qələbəsi. Bu il isə o, Podqoritsada keçirilən Avropa çempionatında gümüş medal əldə edərək kolleksiyasını daha da zənginləşdirib.
Haşim Məmmədov
Taekvandoçu Haşim Məmmədov – Paris Olimpiadasının daha bir qəhrəmanıdır. Fransanın paytaxtında o, çıxışına Cek Vulli üzərində qələbə ilə başlayıb, 1/4 finalda dünya çempionatının bürünc mükafatçısı Adrian Visenteni məğlub edib, yarımfinalda isə hazırkı olimpiya çempionu Vito Del-Akviladan üstün olub.Final döyüşündə Pak Te Cun ilə qarşılaşmada Məmmədov qarşılaşmanın əvvəlində zədələnməsinə baxmayaraq, mübarizəni davam etdirib və gümüş medal qazanıb.
Toral Bayramov
Futbol Azərbaycanda idman nömrə 1-dir və Toral Bayramov – ötən mövsüm Azərbaycan Premyer Liqasının ən yaxşı futbolçusudur. 24 yaşlı Toral 2019-cu ildə “Qarabağ”ın heyətində debüt edib və o vaxtdan bəri əsas heyətdə sabit yer tutaraq müdafiənin hər iki cinahında oynayır. Milli komandamızı da Bayramovsuz təsəvvür etmək çətindir – onun heyətində 31 oyuna çıxıb və 4 qol vurub.
Vali Qəfərov
Deyirlər ki, qapıçı komandanın yarısıdır. Bu ifadəni tam mənada doğruldan isə Vali Qəfərov oldu – bu il dünya çempionatının qalibi olan mini-futbol üzrə milli komandamızın qapıçısı. Bakıda keçirilən mundialda 38 yaşlı veteran bütün 7 oyunda meydana çıxıb, onlardan 2-də isə qapısını toxunulmaz saxlayıb.
Brend haqqında məlumat
1xBet Wikipedia-nın verdiyi məlumata əsasən 2007-ci ildə yaradılıb, Avropa İttifaqında qeydiyyatdan keçib və fəaliyyətini bütün dünyada Kyurasao lisenziyası əsasında həyata keçirir. Qumar əyləncələri bazarının ən iri operatorlarından biri olan bu platformada onlarla idman növü üzrə mərc etmək və minlərlə onlayn kazino oyununu oynamaq mümkündür. Brend UEFA Çempionlar Liqasının 2024/25 mövsümünün qalibi Paris Sen-Jermen, La Liqa çempionu Barselona, İtaliya A Seriyası, FIBA, Volleyball World, ESL və digər bir çox aparıcı futbol klubları və idman təşkilatlarının rəsmi tərəfdaşıdır. Bizdən əlavə olaraq qeyd edək ki, etibarlı bukmeker kimi 1xBet-in nailiyyətləri bir çox peşəkar mükafat və təltiflərlə qiymətləndirilib.