Neymar Braziliya yığmasının baş məşqçisi postu üçün seçim edib – mətbuat

Braziliya millisinin ulduz futbolçusu Neymar Portuqaliya mütəxəssisi Jorje Jezusun yığmanın baş məşqçisi təyin olunmasına qarşı çıxır. O, bu posta başqa namizədi dəstəkləyir.

ESPN Brazil: Neymar Jezusa qarşıdır

Sport-Az.comun ESPN Brazil nəşrinə istinadən verdiyi xəbərə görə, hazırda “Santos” klubunda çıxış edən Neymar, Braziliya Futbol Federasiyasının Jorje Jezusu baş məşqçi vəzifəsinə gətirmək planına müsbət yanaşmır.

Xatırladaq ki, Braziliya millisinin sabiq baş məşqçisi Dorival Junior istefaya göndərildikdən sonra federasiya yeni çalışdırıcı axtarışındadır. Namizədlər sırasında Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan Jorje Jezus“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti yer alır.

Neymarın seçimi: Ançelotti

Mənbənin məlumatına görə, Braziliya millisinin bütün dövrlər üzrə ən yaxşı bombardiri hesab olunan Neymar, vaxtilə “Əl-Hilal”da birgə çalışdığı Jorje Jezusu baş məşqçi olaraq görmək istəmir. Əksinə, onun şəxsi favoriti Ançelottidir.

Qeyd edək ki, Neymar “Əl-Hilal” klubunu 2025-ci ilin yanvarında tərk edib. O, zədələr səbəbindən 18 ayda cəmi 7 oyunda meydana çıxa bilib. Həmçinin bildirilir ki, forvard “Santos”a qayıtmazdan öncə, Jorje Jezus onu komandanın yaz mövsümündəki heyətinə daxil etməkdən imtina etmiş və Neymarın Səudiyyə çempionatının səviyyəsinə uyğun olmadığını demişdi.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni