Neymar “Santos”un fiaskosundan sonra göz yaşlarını saxlaya bilmədi

Braziliya çempionatının 20-ci turunda “Santos” evdə “Vasko da Gama”ya 0:6 hesabı ilə uduzub.

Matçdan sonra ulduz futbolçu Neymar emosiyalarını gizlədə bilməyib və göz yaşlarına boğulub. Daha sonra o, komandanın biabırçı məğlubiyyətini şərh edib:

“Oyunumuzdan tamamilə məyus olmuşam. Siz narazılığınızı bildirməyə haqlısınız, amma zorakılıq olmadan. Bu böyük bir utanc hissidir. Mənimlə belə bir şey heç vaxt baş verməyib”, – deyə Neymar Marca-ya bildirib.

Qarşılaşmada “Santos”un qapısından iki dəfə keçən isə “Liverpul”, “İnter”, “Barselona” və “Bavariya”nın sabiq ulduzu Filippe Koutinyo olub.

Cari mövsümdə Neymar Braziliya çempionatında 11 oyun keçirib və 3 qol vurub. 19 turun ardından “Santos” 21 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni