More

    Paracüdo üzrə dünya çempionatı start götürdü – Azərbaycan 4 idmançı ilə təmsil olunur

    Bu gün Qazaxıstanın paytaxtı Astana şəhərində paracüdo üzrə dünya çempionatına start verilib. Turnir üç gün davam edəcək və dünyanın müxtəlif ölkələrindən görmə məhdudiyyətli cüdoçuları bir araya gətirəcək. Sport-Az.com xəbər verir ki, yarışda Azərbaycanı dörd idmançı təmsil edir.

    Yığmamızın heyəti:

    • İsmayıl Muradov – J1 kateqoriyası, 70 kq
    • Zakir Mislimov – J1 kateqoriyası, 95 kq
    • Xatira İsmayeva – J1 kateqoriyası, +70 kq
    • Elnarə Nizamlı – J2 kateqoriyası, 60 kq

    Azərbaycan təmsilçiləri müxtəlif çəki və kateqoriyalarda çıxış edərək medal uğrunda mübarizə aparacaqlar. Xatırladaq ki, J1 və J2 kateqoriyaları görmə məhdudiyyətinin səviyyəsinə görə müəyyənləşdirilir.

    Turnirin nəticələri Azərbaycan paralimpiya idmanında yeni uğurların başlanğıcı ola bilər.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni