More

    Parker Dubo ilə Döyüşə Tarixi Çəki ilə Çıxacaq

    Yeni Zelandiyalı boksçu Cozeph Parker (35-3, 23 KO), İBF versiyasına görə super ağır çəki üzrə dünya çempionu olan britaniyalı Daniel Dubo (22-2, 21 KO) ilə qarşılaşmaya karyerasının ən yüksək çəkisi ilə çıxacaq. Bu barədə onun məşqçisi Endi Li boxing247.com saytına məlumat verib.

    Məşqçi Li, Parkerin ağır olmasına baxmayaraq, onun sürəti, əl hərəkətlərimobilliyinin eyni qaldığını vurğulayıb:
    “O, çox güclü zərbələr endirir. Mən bunu məşqlərdə hiss edirəm. Düşünürəm ki, bu, doğru bir addımdır. Mən inanmıram ki, daha yüngül olmaq hər zaman daha sürətli hərəkət deməkdir və ya daha ağır olmaq daha yaxşı balans təmin edir. Qarşıda bizi fiziki baxımdan çətin bir döyüş gözləyir və biz klinçlərdə daha güclü olacağıq. Nə qədər güclü olsan, o qədər yaxşıdır.”

    Dubo və Parker arasındakı gözlənilən döyüş, 22 fevral tarixində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində baş tutacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni