Azərbaycan I Liqasında çıxış edən “Şəfa” futbol klubu yaxın zamanlarda yeni stadion tikəcək. Bu barədə klubun prezidenti Sərdar SalmanAzərbaycanda keçiriləcək III MDB Oyunları çərçivəsində azarkeşlər üçün xüsusi fan zonalar təşkil olunacaq. Bu əyləncə zonaları Gəncə şəhərində İcra Hakimiyyəti binasının qarşısında, Qəbələdə isə Heydər Əliyev parkında qurulacaq. Fan zonalar hər iki şəhərin sakinləri və qonaqları üçün idman, mədəniyyət və əyləncə proqramları ilə zəngin məkan rolunu oynayacaq.
Fan zonalarda aşağıdakı imkanlar təmin ediləcək:
Səhnə proqramları
İnteraktiv oyun zonaları
Foto stendləri
Maskotlarla görüşlər
Qida və içki stendləri
Uşaq və incəsənət küncü
İdman fəaliyyəti zonas
DJ və musiqi performansları
Əyləncə proqramları gün ərzində müxtəlif vaxtlarda davam edəcək və səhərdən gecəyə kimi iştirakçılara bayram ab-havası bəxş edəcək.
Qeyd edək ki, III MDB Oyunları 2025-ci il sentyabrın 28-dən oktyabrın 8-dək ölkəmizin yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Yarışın açılış və bağlanış mərasimləri isə müvafiq olaraq sentyabrın 28-də və oktyabrın 8-də Gəncə şəhər stadionunda təşkil olunacaq.örtüyə keçid qiymətləndiriləcək”.