“Qarabağ” Avstriyada son yoxlama oyununda məğlub oldu

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” hazırlıq prosesi çərçivəsində sonuncu – dördüncü yoxlama görüşünü keçirib.

Sport-az.com xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Avstriyanın tanınmış klubu, 17 qat ölkə çempionu “Zaltsburq”la qarşılaşıb.

Kaprunda yerləşən stadionda baş tutan oyunda Ağdam təmsilçisi 1:2 hesabı ilə uduzub. “Qarabağ”ın yeganə qoluna Nəriman Axundzadə imza atıb.

Xatırladaq ki, “Qarabağ” yay hazırlıqlarına iyunun 18-də Bakıda başlayıb. Avstriyadakı toplanış isə iyulun 16-da başa çatacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni