“Turan Tovuz” növbəti transferini həyata keçirib.
sport-az.com-ın məlumatına görə, bu haqda klubun mətbuat xidməti xəbər verib.
Tovuz klubu İbrahima Vadjini komandaya qoşub. Sonuncu dəfə Fransa klubu “Sent-Etyen”də çıxış edən forvardla “1+1” illik müqavilə imzalanmışdır.
30 yaşlı seneqallı oyunçu karyerası boyu Türkiyədə “Qaziantep”, Norveçdə “Mölde” və “Hauqesund”, Azərbaycanda isə “Qarabağ”ın heyətində oynamışdır.
Xatırladaq ki, 2021-2022-ci illərdə “Qarabağ”da çıxış edən Vadji Ağdam təmsilçisində keçirdiyi 36 matçda 20 qol və 4 assistlə yadda qalmışdır.



