More

    “Qarabağ”ın “Şkendiya”ya qarşı səfər və ev matçlarının hakimləri bəlli oldu

    “Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” təmsilçisi ilə oynayacağı iki qarşılaşmaya hakim təyinatları müəyyənləşib.

    sport-az.com-ın məlumatına görə, Skopyedəki ilk matç slovak, Bakıdakı cavab görüşü isə niderland hakimlər briqadasına həvalə olunub.

    “Qarabağ”ın səfər qarşılaşmasında baş hakim İvan Krujlyak olacaq. Ona Branislav Hançko və Yan Pozor yardım edəcəklər. Dördüncü hakim funksiyasını Peter Kraloviç icra edəcək. Görüşün VAR hakimi Mihal Oçenaş, AVAR hakimi isə Boris Marhefkadır.

    Bakıda keçiriləcək matçı Danni Makkeli idarə edəcək. Köməkçilər Hessel Steeqstra və Yan de Vris olacaq. Dördüncü hakim funksiyasını isə Mark Naqteqaal yerinə yetirəcək. Bu qarşılaşmanın VAR hakimi Dennis Hiqler, AVAR hakimi isə Riçard Martens olacaq.

    Xatırladaq ki, komandalar arasındakı avqustun 5-də Şimali Makedoniyadakı “Todor Proeski” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma isə saat 20:00-da start alacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni