Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev tanınmış braziliyalı idmançı Çarlz Oliveyra ilə döyüşmək istədiyini açıq şəkildə bildirib.
Sport-az.com xəbər verir ki, Fiziyev bu istəyini “X” sosial şəbəkəsində məşhur “MMA Orbit” səhifəsinin paylaşımına cavab olaraq ifadə edib.
Sözügedən paylaşımda Oliveyranın noyabr-dekabr aylarında UFC-yə qayıtmaq planı yer alıb. Fiziyev bu xəbəri repost edərək, bir neçə emosiya ilə döyüş istədiyini nümayiş etdirib.
Döyüşçülər haqqında statistik göstəricilər:
- Rafael Fiziyev – 17 döyüş, 13 qələbə
- Çarlz Oliveyra – 46 döyüş, 35 qələbə
- Oliveyra UFC-nin sabiq yüngül çəki üzrə çempionudur
Fiziyevin bu çağırışı azarkeşlər arasında böyük maraqla qarşılanıb və potensial döyüş UFC-də diqqətlə izlənilən qarşılaşmalardan biri ola bilər.



