More

    Rafael Fiziyevin UFC-də Qayıdış Tarixi Müəyyən Olub

    Azərbaycanın qarışıq döyüşlər üzrə uldu Rafael Fiziyevin UFC oktaqonuna qayıdacağı tarix açıqlanıb. Döyüşçünün meneceri Sayat Abdurəhmanov “Uşatayka” YouTube kanalına verdiyi müsahibədə bu barədə danışmışdır.

    Abdurəhmanov Fiziyevin zədədən sonra reabilitasiya prosesində olduğunu və növbəti matçın 2026-cı ilin əvvəllərində baş tutacağını qeyd edib: “Bu, Rafel üçün çox yaxşı hekayə ola bilərdi. O, reytinqlərdə irəliləyə, Braziliyada Oliveira ilə əsas döyüşdə qalib gələrək tarixi nəticə qazana bilərdi. Təəssüf ki, zədə aldı. Döyüşdən imtina qərarı düzgün idi, əks halda zədə daha da ağırlaşardı və o, uzun müddət sıradan çıxardı. İndi reabilitasiya mərhələsindədir və biz ümid edirik ki, gələn ilin əvvəlində döyüşə biləcək. Əlbəttə, belə döyüşdən kənarda qalmaq istəmirdik, amma qərar tamamilə doğru idi”.

    Menecer Fiziyevin növbəti rəqibi haqqında fikirlərini paylaşaraq, UFC-nin reytinq sisteminin çox da dominant olmadığını vurğulamışdır: “UFC-də belə bir siyasət var – reytinqlər o qədər də böyük rol oynamır. Biz istənilən səviyyəli döyüşlə maraqlanırıq. Əgər qarşılaşma ilin ən yaxşı döyüşü adına layiq ola biləcəksə, bu, Rafel üçün əla variantdır. Gözəl qələbələr və təsirli finişlər onu irəli aparacaq. Fiziyevin özü üçün fərqi yoxdur – rəqib ondan reytinqdə yuxarıdır, ya da aşağıda. O, hər kəslə döyüşməyə hazırdır. Görünür, növbəti rəqib Oliveira səviyyəsində biri olmayacaq. Məsələn, Bakıda İqnasio Bahamondesə qarşı döyüş çox maraqlı alınmışdı, baxmayaraq ki, çilili idmançı reytinqdə yox idi. Amma o qələbə Rafaya Oliveira ilə əsas döyüşə çıxmaq imkanı verdi. Əgər növbəti qarşılaşma da Bahamondeslə döyüş kimi maraqlı olsa, biz buna qarşı deyilik. Qələbə qazansa, həm Oliveira, həm də Meks Hollouey kimi döyüşçülərlə qarşılaşmaq imkanı yarana bilər”.

    Qeyd edək ki, Rafael Fiziyev oktyabrın 11-də Rio-de-Janeyroda planlaşdırılan UFC turnirində Çarlz Oliveira ilə döyüşməli idi. Diz zədəsi səbəbindən matç təxirə salınmış, əvəzinə polşalı Mateuş Qamrot çıxıb, lakin braziliyalıya uduzub. Fiziyevin meneceri hesab edir ki, əgər döyüş Fiziyev-Oliveira arasında olsaydı, nəticə fərqli olardı. Fiziyevin UFC-də 6-3 hesabı var, son qələbəsi iyun 2025-də Bakıdakı UFC-də İqnasio Bahamondes üzərində qazanılan qələbədir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni