More

    Rafael Nadal tennisdən sonra ən çox nəyin çatışmadığını açıqladı

    “Böyük Dəbilqə” turnirlərinin 22 qat qalibi, keçmiş dünya birincisi Rafael Nadal karyerası ilə bağlı xatirələrini TikTok-da yayımlanan videoda bölüşüb. İspaniyalı əfsanə, peşəkar idmanı tərk etdikdən sonra ən çox hansı hisslərə həsrət qaldığını açıqlayıb.

    Nadal bildirib ki, onu ən çox darıxdıran şey matçdan əvvəlki həyəcan, adrenalinin partlaması və korta çıxmazdan əvvəlki duyğulardır. “Mənə bunlar çatışmır. Bu hisslərsiz yaşamaq çox çətindir”, – deyə tennisçi etiraf edib.

    Həmçinin Rafael Nadal qeyd edib ki, əgər tennis olmasaydı, hansı sahədə özünü tapacağını heç vaxt düşünməyib. “Açığı, heç bir təsəvvürüm yoxdur. Şanslıyam, ya da bədbəxt — amma çox tez başladım və tennisdən kənar həyatımı heç vaxt təsəvvür etməmişəm. 15 yaşımda peşəkar oldum və onda belə gələcəkdə nə edəcəyimi bilmirdim”, – deyə o əlavə edib.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni