“Real” və PSG-nin sabiq futbolçusu Asensio “Fənərbağça”da

Madrid “Real”ı və Paris Sen-Jermen-in sabiq oyunçusu Marko Asensio İstanbulun “Fənərbağça” klubuna transfer olunub. Bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Transfermarkt-a görə 20 milyon avro dəyərində qiymətləndirilən futbolçu üçün “Fənərbağça” cəmi 7,5 milyon avro ödəyib. 29 yaşlı futbolçu ilə müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.

Asensio 2024/25 mövsümünün ikinci yarısını “Aston Villa”da icarədə keçirmişdi. O, Birmingem klubunda 21 oyunda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Fənərbağça” ötən gün Çempionlar Liqasının pley-off mərhələsində “Benfika”ya (iki oyunun nəticəsinə görə 0:1) məğlub olduqdan sonra ulduz məşqçi Joze Mourinyo ilə yollarını ayırmışdı.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni