Region Liqasında yeni iştirakçı komandadan rəsmi açıqlama gəlib. Oktyabrın ilk yarısında start götürəcək liqada “Kristal” komandası mübarizə aparacaq. Futbolda debüt edəcək bu kollektivin baş məşqçisi Şahin Şahhüseyni saytımıza açıqlamasında bu xəbəri təsdiqləyib. Şahin Şahhüseyni bildirib ki, “Kristal” artıq iki ildir fəaliyyət göstərir və əvvəlcə uşaq komandalarının yarışlarında, eləcə də minifutbol turnirlərində iştirak edib. Lakin indi böyük futbola addım atmağa qərar verilib. Komandanın sponsoru “Kristal Abşeron”dur. İlk mövsümdə əsasən 2007-2008-ci il təvəllüdlü gənc oyunçulara şans verilir və məşqlər artıq başlanılıb. Qeyd edilib ki, “Kristal” ev oyunlarını İdman Akademiyasının stadionunda keçirəcək. Region Liqasında püşkatma oktyabrın 7-də, yarış isə ayın 11-də başlayacaq.