“Bayer” Leverkuzen baş məşqçi Erik ten Haqla müqaviləni pozduğunu rəsmən açıqlayıb. Klubun mətbuat xidmətinin məlumatına görə, komandanın məşqlərini hələlik hollandiyalı mütəxəssisin qərargahından olan köməkçilər aparacaq.
Ten Haq 2025-ci ilin iyulunda “Bayer”i çalışdırmağa başlamışdı. Bu, onun səkkiz aylıq fasilədən sonra ilk işi idi. O, cəmi üç rəsmi matçda komandaya rəhbərlik etdi: Almaniya kubokunda “Zonnenhof Grossaşpax” üzərində 4:0 hesablı qələbə, Bundesliqada “Hoffenhaym”a 1:2 məğlubiyyət və “Verder”lə 3:3 hesablı heç-heçə.



