Riner tatamiyə qayıdır və Los-Ancelesi hədəfləyir

Beşqat Olimpiya çempionu Tedi Riner yenidən tatamiyə qayıtmağa hazırlaşır. Əfsanəvi cüdoçu sağ dirsəyindən əməliyyat olunduqdan sonra bərpa prosesinin son mərhələsinə keçib. O, bu aydan etibarən güc məşqlərinə başlamağı və karyerasını davam etdirməyi planlaşdırır. Fransız idmançı bir daha təsdiqləyib ki, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında iştirak etməyi hədəfləyir.

Paris Olimpiadasında Riner ağır çəkidə (+100 kq) üçüncü fərdi qızıl medalını və komanda yarışlarında ikinci çempionluğunu qazandı.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni