Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Qarabağ”ın Lissabonda “Benfika” üzərindəki sensasion qələbəsi (2:3) Portuqaliya təmsilçisinin baş məşqçisi Brunyu Laje üçün ağır zərbə olub.
UEFA-nın mətbuat xidmətinə danışan mütəxəssis oyundan sonra komandasının çıxışını belə dəyərləndirib:
“Biz tam fərqli nəticə gözləyirdik. İlk 30 dəqiqədə inanılmaz futbol oynadıq, amma birinci hissədə buraxdığımız qol bizi oyundan saldı. Ritmimizi tapmaq çox çətin oldu, sonrakı iki qol isə bizə çox ağır təsir etdi. İndi toparlanmaq və baş verənləri həm meydanda, həm də meydandan kənarda təhlil etmək lazımdır – reaksiyamız olmalıdır”.
Laje bildirib ki, komanda tezliklə toparlanmalı və turnirdə vəziyyəti düzəltmək üçün bütün gücünü səfərbər etməlidir. “Benfika”nın qarşısında ağır qrafik dayanır və azarkeşlərdən dəstək gözlənilir.



