More

    Rusiyalı MMA döyüşçüsü atışma nəticəsində gözünü itirdi

    Rusiyalı qarışıq döyüş sənətləri (MMA) idmançısı Ruslan Kraynov Krasnodarda baş verən atışma nəticəsində ağır yaralanıb və bir gözünü itirib.

    Sport-Az xəbər verir ki, bu barədə döyüşçünün üzv olduğu Nart idman klubunun rəsmi Instagram səhifəsində məlumat yayılıb. Bildirilir ki, Kraynov yaxın günlərdə cərrahi əməliyyat olunacaq.

    29 yaşlı idmançının MMA karyerasında altı qələbəsi var və indiyədək heç bir məğlubiyyət almayıb.

    Daha əvvəl sosial şəbəkələrdə Krasnodarın Zipsovskaya küçəsində yerləşən əyləncə məkanlarından birinin qarşısında baş verən insidentin görüntüləri yayılmışdı. Hadisə zamanı bir neçə nəfər arasında dava düşüb və silah səsləri eşidilib.

    Rusiya hüquq-mühafizə orqanları atışmada iştirak edən iki nəfəri saxlayıb. Hadisənin araşdırılması ilə bağlı Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin xüsusi hesabat tələb edib.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni