More

    Şamaxıda Red Bull ulduzlarının sürət və yaradıcılıq şousu – VİDEO

    Azərbaycanın tarixi və təbii gözəllikləri ilə məşhur olan Şamaxı bu dəfə Red Bull-un peşəkar idmançılarını özündə birləşdirən xüsusi layihəyə ev sahibliyi etdi. “Awakening The Spirit of Shamakhi” adlı media layihəsi Şamaxının unikal təbiət mənzərələrini və dünya şöhrətli Red Bull idmançılarının ustalığını bir araya gətirərək sürət və yaradıcılığın parlaq nümayişinə çevrildi.

    Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə həyata keçirilən çəkilişlər yaylaqlar və üzüm bağları fonunda aparıldı. Layihədə iştirak edənlər arasında Abdu-Dabidə ən uzun drift sürmə rekordunu qırmış Guinness Rekordlar Kitabının sahibi, peşəkar Red Bull drift pilotu Abdo Feghali və motosiklet üzərində qeyri-adi bacarıqları ilə tanınan litvalı stunt motosikletçi, Avropa Stunt Riding Çempionu Aras Gibieza yer aldı.

    Bu unikal layihə idmançılar üçün yalnız öz bacarıqlarını nümayiş etdirmək deyil, həm də Şamaxının təbiətini və ruhunu hiss etmək baxımından əvəzsiz təcrübə oldu.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni