Bakı Open festivalının sona çatmasından sonra, Chess Tour Azerbaijan növbəti mərhələsini Şəkidə keçirəcək.
Sport-az.com xəbər verir ki, 18-25 iyun tarixlərində burada Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçiriləcək ikinci turnir baş tutacaq. Turnirə yeddi ölkədən 34 iştirakçı müraciət edib. Onların arasında Ukraynadan Vitali Bernadski, Hindistandan Vaşini Saxiti, Özbəkistandan Umida Omonova və digər güclü şahmatçılar yer alır.
Şəkidəki turnirdə ən yüksək reytinqə sahib olan iştirakçı
Sheki Open-in ən güclü favoritlərindən biri Azərbaycanlı qrossmeyster Eltac Safarli olacaq.