Eltac Səfərli Almaniyada keçirilən turnirdə ikinci yeri tutdu

Almaniyanın Münhen şəhərində təşkil olunan “International Whitsun” şahmat turniri yekunlaşıb. Turnirdə Azərbaycan təmsilçisi, qrosmeyster Eltac Səfərli uğurlu çıxışı ilə yadda qalıb.

Sport-az.com-un məlumatına görə, Eltac Səfərli IX turda Avstriya şahmatçısı Kirill Alekseenkoya qalib gələrək xallarını 7.5-ə çatdırıb. Bu nəticə onu liderlə – norveçli Elham Amara ilə eyni xal sayına çatdırsa da, əlavə göstəricilər səbəbilə azərbaycanlı şahmatçı ikinci yeri tutmaqla kifayətlənib.

Yarışda ümumilikdə 152 şahmatçı mübarizə aparıb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni