İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatı başa çatıb. Turnirdə Azərbaycan sərbəst güləş millisi uğurlu çıxış edərək komanda hesabında ikinci yeri tutub. Sport-az.com xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Komanda nəticələri:
- Azərbaycan – 133 xal
- Gürcüstan – 164 xal (1-ci yer)
- Ukrayna – 81 xal (3-cü yer)
Azərbaycan yığmasının medal qazananları:
- 🥇 Vasif Bağırov (57 kq) – Qızıl medal
- 🥈 Muradxan Omarov (79 kq) – Gümüş medal
- 🥈 Yusif Dursunov (125 kq) – Gümüş medal
- 🥉 Omar Gülməmmədov (74 kq) – Bürünc medal
- 🥉 Anar Cəfərli (92 kq) – Bürünc medal
Yığmamıza böyük məşqçi Arif Abdullayev, eləcə də məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyev rəhbərlik ediblər. Onların rəhbərliyi altında 5 medal qazanaraq, komandamız Avropa ikinciliyi əldə edib.



