Girassi: “Sabah”a qarşı qələbə komanda üçün çox vacib idi

“Borussiya Dortmund“un hücumçusu Seru Girassi Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Sabah”la Bakıda keçirilən matçda komandasının hər iki qolunu vurub. 2:1 hesablı qələbədən sonra futbolçu Almaniya mediasına açıqlamasında nəticədən məmnun qaldığını bildirib.

O, üç xalın komanda üçün vacib olduğunu vurğulayıb: “Əlbəttə, qələbədən razıyam, çünki bu nəticə komandamız üçün çox vacib idi. Son iki oyun çətin keçmişdi, buna görə də bu gün qalib gəlmək xüsusi əhəmiyyət daşıyırdı. Biz də buna nail olduq.”

Hücumçu komanda yoldaşlarını və azarkeşləri də unutmayıb: “Bütün komandanı təbrik edirəm və azarkeşlərə dəstəyə görə təşəkkür edirəm. Bununla belə, bir neçə qol imkanından yararlana bilmədik. Düşünürəm ki, hamımız sabit çıxış etsək, bu mövsüm çox şeyə nail ola bilərik.“

Girassi “Sabah”ın mərkəz müdafiəçilərinin oyun tərzinə də toxunub: “Sabah”ın mərkəz müdafiəçiləri matç boyunca məni addım-addım izləyirdilər, sözün əsl mənasında nəfəs almağa imkan vermirdilər. Çox fiziki və aqressiv müdafiə olundular.”

Qeyd edək ki, hər iki qola imza atan Girassi “Borussiya Dortmund“un Bakıdan üç xalla ayrılmasında həlledici rol oynayıb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni