Sinner Romada tarix yazdı: ilk titul və rekordlar seriyası

ATP reytinqinin lideri, italiyalı tennisçi Yannick Sinner Romada keçirilən ATP 1000 turnirinin qalibi olub. 24 yaşlı idmançı final qarşılaşmasında norveçli Kasper Ruudu iki setdə məğlub edərək (6:4, 6:4) karyerasında ilk dəfə bu nüfuzlu turnirin kubokunu başı üzərinə qaldırıb.

Sinner üçün bu turnir sözün əsl mənasında “Veni, vidi, vici” – gəldim, gördüm, qalib gəldim şüarı ilə yadda qalıb. O, Ruud ilə keçirdiyi beşinci görüşdə də qalib gələrək rəqibi üzərində mütləq üstünlüyünü qoruyub.

Turnir boyu dominant performans

İtaliyalı tennisçi finala qədər inamlı çıxışı ilə seçilib. O, turnir ərzində Sebastian Ofner, Aleksey Popırin, Andrea Pelleqrino, Andrey Rublyov və Daniil Medvedev kimi güclü rəqibləri məğlub edərək titul yolunda heç bir sürprizə imkan verməyib.

Bu qələbə ilə Sinner ATP 1000 seriyasında artıq 10-cu titulunu qazanıb. Onun aktivində Toronto (2023), Paris (2022), Şanxay (2024), Mayami (2024, 2026), Sinsinnati (2024), Indian Wells (2025), Monte-Karlo (2026), Madrid (2026) və indi də Roma (2026) kimi böyük turnirlərin zəfərləri var.

Tarixi nailiyyətlər və rekordlar

Sinner bu uğurla bir neçə mühüm rekorda da imza atıb. O, cəmi 24 yaşında “Qızıl Master” adlandırılan – ATP 1000 seriyasının bütün 9 turnirində qalib gələn ikinci tennisçi olub. Bu göstəricidə o, ilk uğurunu 31 yaşında əldə edən Novak Cokoviçi qabaqlayıb.

Bununla yanaşı, italiyalı tennisçi ardıcıl olaraq 6 Master turnirində qalib gələn ilk oyunçu kimi də tarixə düşüb. Bu seriyaya Paris-2025-dən başlayaraq Indian Wells, Mayami, Monte-Karlo, Madrid və Roma-2026 turnirləri daxildir.

Cari mövsümdə isə Sinner artıq 5-ci Master titulunu qazanıb ki, bu göstəricidə yalnız Novak Cokoviç (6 titul) daha yüksək nəticəyə malikdir.

ATP 1000 Roma. Torpaq örtük, final:

Yannick Sinner [1] – Kasper Ruud [23] – 6:4, 6:4

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni