Britaniyanın məşhur idman platforması GiveMeSport tarix boyu ən varlı peşəkar boksçuların reytinqini açıqlayıb. Siyahıya Floyd Mayweather başçılıq edir – o, boks karyerası ərzində 400 milyon dollardan çox sərvət toplayıb.
İkinci yeri artıq dünyasını dəyişmiş əfsanəvi amerikalı ağırçəkili boksçu Corc Forman tutub – onun sərvəti 300 milyon dollar civarındadır. İlk üçlüyü isə meksikalı ulduz Saul “Canelo” Alvares tamamlayır.
İlk onluq belədir:
- Floyd Mayweather – 400 milyon dollar
- George Foreman – 300 milyon dollar
- Saul “Canelo” Alvarez – 280 milyon dollar
- Manny Pacquiao – 250 milyon dollar
- Aleksandr Usik – 165 milyon dollar
- Tyson Fury – 150 milyon dollar
- Lennox Lewis – 140 milyon dollar
- Anthony Joshua – 130 milyon dollar
- Deontay Wilder – 110 milyon dollar
- Jake Paul – 100 milyon dollar
Usikin sıçrayışı
Ukraynalı çempion Aleksandr Usik, xüsusilə Tayson Fyuri ilə planlaşdırılan döyüşlərdən sonra gəlirlərini əhəmiyyətli dərəcədə artıraraq 165 milyon dollarlıq sərvətlə beşinci pillədə qərarlaşıb. O, həm Fyurini, həm də britaniyalı əfsanə Lennoks Lyuisi geridə qoyub.
Siyahıya yeni sima: Ceyk Pol
YouTube fenomeni və şou-biznes boksçusu Jake Paul ilk onluğa daxil olaraq 100 milyon dollarlıq sərvəti ilə siyahını tamamlayır. O, Mik Taysonla son döyüşündən 40 milyon dollar qazanaraq sərvətini artırıb.