Tofiq Musayev UFC Bakı turnirində yeni çəki dərəcəsində döyüşəcək

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev UFC-nin Bakıda keçiriləcək turnirində planlaşdırılandan fərqli çəki dərəcəsində rinqə çıxacaq.

Sport-az.com-una istinadən verdiyi məlumata görə, Musayev və onun qırğızıstanlı rəqibi Mıktıbek Orolbai 75 kq çəki dərəcəsində döyüşmək barədə qarşılıqlı razılığa gəliblər. Əvvəlcə onların 70 kq-da qarşılaşması nəzərdə tutulmuşdu. Lakin rəsmi çəkiölçmə zamanı hər iki idmançı bu çəkidə yer ala bilmədiyindən, döyüş fərqli çəki kateqoriyasında baş tutacaq.

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də “Baku Crystal Hall”da təşkil olunacaq. Gecənin əsas qarşılaşması ABŞ təmsilçiləri Camal Hill və Xəlil Rauntri arasında olacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni